Xəzər Xəbər

Məktəblərdə vakant direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir

Cəmiyyət | 11:30
Məktəblərdə vakant direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir

Dekabrın 21-də şagird sayı 500 nəfərdən çox olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Xezerxeber.az-a bildirilib ki, müsabiqənin test imtahanı mərhələsinə 1652 namizəd dəvət edilib.

İmtahanda namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim edilir. Sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunur. Namizədin seçdiyi esse mövzuları üzrə mümkün 10 baldan yarısını toplayanlar müsahibə mərhələsinə buraxılır.

Xəbər lenti

Çox oxunanlar