Xəzər Xəbər

İxracdan əldə olunan 41,3 milyon dolların ölkəyə qaytarılması təmin edilib

Cəmiyyət | 14:50
İxracdan əldə olunan 41,3 milyon dolların ölkəyə qaytarılması təmin edilib

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumat yayıb.

Xəbərə görə, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Hazırkı vaxtadək Ağdaş, Kürdəmir, Astara, Ucar, Abşeron, Xaçmaz, Beyləqan, Xızı, Sabirabad, Goranboy, Ağstafa rayon və Mingəçevir şəhər prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 41,3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 70,2 milyon manatdan artıq) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.

Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar