Xəzər Xəbər

Baş nazir: Sağlamlıqla bağlı hamımızı narahat edən bəzi məsələlərin Tibbi Xidmətlər Zərfinə daxil edilməsi gündəlikdədir

Cəmiyyət | 12:19 • 16 Dekabr 2024
Baş nazir: Sağlamlıqla bağlı hamımızı narahat edən bəzi məsələlərin Tibbi Xidmətlər Zərfinə daxil edilməsi gündəlikdədir

Ölkəmizdə müasir, vətənpərvər gəncliyin inkişafı üçün innovativ, müasir təhsilə çıxışın artırılması, peşə təhsili və peşə hazırlığı ilə bağlı proqramların genişləndirilməsi, rəqəmsal biliklərin öyrədilməsi, rəqabətqabiliyyətli kadrların hazırlanması istiqamətində büdcədən zəruri dövlət dəstəyi göstəriləcək.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

Baş nazir qeyd edib ki, səhiyyə sahəsində aparılan davamlı islahatların nəticəsində cari ildə Tibbi Xidmətlər Zərfi çərçivəsində göstərilmiş xidmətlərin sayında 21% artım olub: “Maliyyə təminatı nəzərə alınaraq xidmətlər zərfinin genişləndirilməsi daim Hökumətin diqqətindədir. Sağlamlıqla bağlı hamımızı narahat edən və deputatlar tərəfindən qaldırılan bəzi məsələlərin zərfə daxil edilməsi hazırda Hökumətin gündəliyindədir”.

Xəbər lenti

Çox oxunanlar