Xəzər Xəbər

Baş nazir: Şəhid ailələrinə, qazilərə diqqət və qayğı davam edəcək

Cəmiyyət | 12:04 • 16 Dekabr 2024
Baş nazir: Şəhid ailələrinə, qazilərə diqqət və qayğı davam edəcək

Prezidentin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində artan gəlirlərimiz hesabına əhalinin sosial müdafiəsi və rifah halının davamlı yaxşılaşması təmin edilir.

Xezerxeber.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

Əli Əsədov qeyd edib ki, 2025-ci ildə büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq: “Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında daim qalmağa davam edəcək”.

Xəbər lenti

Çox oxunanlar