Xəzər Xəbər

Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşib

Cəmiyyət | 11:55 • 16 Dekabr 2024
Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşib

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən gələn il üçün ehtiyac meyarının həddi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Xezerxeber.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə görə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyənləşdirilir.

Bu Qanun 2025-cü il yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024