Xəzər Xəbər

TƏBİB sədri Bakı və regionlarda olan bir çox xəstəxanaların onlayn növbə sisteminə keçdiyini DEYİB

Cəmiyyət | 17:39 • 12 Dekabr 2024
TƏBİB sədri Bakı və regionlarda olan bir çox xəstəxanaların onlayn növbə sisteminə keçdiyini

Artıq Bakı şəhərində və regionlarda olan bir çox xəstəxanamız onlayn növbə sisteminə keçib.

Xezerxeber.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyinin İcraçı direktoru (TƏBİB) Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

"İlk olaraq bu layihəyə Yeni Klinikada başlanılmışdı. Hədəfimiz odur ki, çox qısa müddətdə bütün ölkə üzrə onlayn növbələrə başlayaq. Vətəndaş əvvəlcədən növbəyə yazılmaqla həkim qəbullarına düşə bilsin. Artıq növbə sistemləri qurulur. Vətəndaş xəstəxanaya müraciət etdikdə elektron növbəni əldə edə bilir", - o əlavə edib.

Xəbər lenti

Çox oxunanlar