Xəzər Xəbər

Sosial sığorta üzrə daxilolmalar 4,3 faiz artıb

Cəmiyyət | 11:20 • 10 Dekabr 2024
Sosial sığorta üzrə daxilolmalar 4,3 faiz artıb

Bu ilin yanvar-noyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 210,7 milyon manat və ya 4,3 faiz artım qeydə alınıb.

Xezerxeber.az bildirir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Büdcə təşkilatları üzrə daxilolmada ötən ilin müvafiq dövrü ilə müqayisədə 143,8 milyon manat və ya 9,1 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 336,0 milyon manat və ya 11 faiz artım olub.

Xəbər lenti

Çox oxunanlar