Nəbatat Bağı təmirdən sonra sakinlərin istifadəsinə verilib.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, giriş 6 yaşa qədər olanlara pulsuzdur.
Altı yaşdan böyüklər üçün isə 2 manat təşkil edir.
Qeyd edək ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi olaraq fəaliyyət göstərib.