Xəzər Xəbər

Bu il 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verildiyi müəyyən olunub

Cəmiyyət | 10:50
Bu il 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verildiyi müəyyən olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 10 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 165,6 min manat sosial xarakterli ödənişlərin işçilərə ödənişinin gecikdirildiyini müəyyən edib.

Xezerxeber.az bildirir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin gördüyü tədbirlər nəticəsində aidiyyəti işəgötürənlər tərəfindən həmin vəsait işçilərə ödənilib. Vəsaitin 86 faizi əməkhaqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Cari ilin yanvar-oktyabr aylarında 53 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidmətinin gördüyü tədbirlərlə həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Xəbər lenti

Çox oxunanlar