Xəzər Xəbər

Bu ilin sonuna Azərbaycanda pensiyaçıların sayının 8000 nəfər artacağı proqnozlaşdırılır

Cəmiyyət | 17:36 • 21 Noyabr 2024
Bu ilin sonuna Azərbaycanda pensiyaçıların sayının 8000 nəfər artacağı proqnozlaşdırılır

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təqdim etdiyi statistik hesabatlara əsasən, son illərdə pensiyaçıların say göstəricisində azalma müşahidə olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd edilib ki, 2023-cü il ərzində ilkin əmək pensiyası təyin olunmuş və digər şöbələrdən daxil olmuş şəxslər 56463 nəfər, eyni zamanda müvafiq dövr üzrə köçmə, müddəti bitmə və vəfat səbəbi ilə uçotdan çıxarılmış şəxslərin sayı isə 74732 nəfər olub. İl ərzində uçota alınmış və uçotdan çıxarılmış pensiyaçı sayı mənfi saldoya malik olmaqla 18269 nəfər təşkil etmişdir ki, bu da nəticədə 2023-cü ilin 01 yanvar tarixi ilə müqayisədə 2024-cü ilin 01 yanvar tarixinə əmək pensiyaçılarının sayının 1114227 nəfərdən 1095958 nəfərə düşməsinə səbəb olub.

Cari ilin I yarımili ərzində ilkin əmək pensiyası təyin olunmuş pensiyaçı sayı 32125 nəfərdir, əvvəlki illər üzrə müşahidə edilən meyllər diqqətə alınmaqla cari ilin sonuna qədər olan dövrdə təxminən 23 min əmək pensiyasının təyin olunacağı və bununla da ilin sonuna əmək pensiyaçılarının ümumi sayının orta hesabla 8000 nəfər artacağını proqnozlaşdırmaq olar.

Xəbər lenti

Çox oxunanlar