Xəzər Xəbər

Nazir: Şəhid ailələri və qaziləri mənzillərlə təmin edəcəyik

Cəmiyyət | 13:50 • 19 Noyabr 2024
Nazir: Şəhid ailələri və qaziləri mənzillərlə təmin edəcəyik

Cari ilin sonuna 16 min şəhid ailəsi və qazinin evlə təmini mümkün olacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir deyib ki, bu proqramın icrası növbəti ildə də davam etdiriləcək: "Bakı şəhərində növbəlilik 2 dəfə icra olunub. Proses davam etdikcə biz şəhid ailələri və qaziləri mənzillərlə təmin edəcəyik. 7700 nəfərə avtomobillər təqdim etmişik. Bu, Prezidentin və Birinci vitse-pezidentin daim diqqətində olan məsələdir".

Xəbər lenti