Xəzər Xəbər

Nazir: Prezident hökumətin qarşısında əməkhaqlarının artırılması məsələsini qoyub

Cəmiyyət | 14:26 • 18 Noyabr 2024
Nazir: Prezident hökumətin qarşısında əməkhaqlarının artırılması məsələsini qoyub

“Prezidentin hökumətin qarşısında qoyduğu məsələ əməkhaqlarının artırılması ilə bağlıdır”.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanımaliyyə naziri Samir Şərifov deyib.

Samir Şərifov bildirib ki, əməkhaqlarının, sosial ödənişlərin artırılması ilə bağlı hökumətə tapşırıq verilib: “Bu da büdcə layihəsində əksini tapıb”.

Nazir onu da əlvə edib ki, xərclərin səmərəli istifadəsinin təmin olunması hökuməti narahat edən məsələlərdən biridir.

Onun sözlərinə görə, bu məsələdə məsuliyyət Maliyyə, həm də sahə nazirliklərinin üzərinə düşür: “Həm hökumət, həm də Hesablama Palatası vasitəsilə parlament nəzarəti təmin olunmalıdır”.

Xəbər lenti