Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev veteran pulunun artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.
Xezerxeber.az xəbər verir ki, nazir Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib ki, sosial paket müzakirədədir: “Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra o barədə məlumat veriləcək”.