Xəzər Xəbər

Əhalinin sıx yaşadığı ərazilərdə yeni təcili yardım stansiyaları qurulub

Cəmiyyət | 09:56 • 12 Noyabr 2024
Əhalinin sıx yaşadığı ərazilərdə yeni təcili yardım stansiyaları qurulub

"Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə tələbatın artması ilə əlaqədar əhalinin sıx yaşadığı ərazilərdə yeni stansiyalar qurulub".

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov açıqlayıb.

O deyib ki, bu prosesin idarə olunması zamanı pik saatlar da nəzərə alınır: "Son dövrlər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə müraciətlərlə bağlı şikayətlərin sayı xeyli azalıb. Hazırda Bakı şəhərinin əhalisi sıx olan ərazilərində, yaşayış yerlərinə yaxın ərazilərdə pik saatlarda əlavə təcili yardım briqadaları işə cəlb olunur ki, xidmətin təşkilində gecikmələr baş verməsin. Bu xidmətin fəaliyyətində islahatlar davam edir və onların nəticələri çox yaxın zamanda özünü göstərəcək".

Xəbər lenti

Çox oxunanlar