Xəzər Xəbər

Faktiki hava şəraiti açıqlanıb

Cəmiyyət | 18:15 • 5 Noyabr 2024
Faktiki hava şəraiti açıqlanıb

Faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, noyabrın 5-i saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şəkidə 28 m/s, Zaqatalada 30 m/s, Goranboyda 27 m/s, Naftalanda 26 m/s, Ağdamda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Gəncə, Neftçalada 20 m/s, Gədəbəy, Yevlax, Bərdədə 16 m/s təşkil edir.

Hazırda Bakıda və Abşeron yarımadasında, Qusarda arabir yağış, Şahdağ, Altıağacda isə qar yağır.

Xəbər lenti

Çox oxunanlar