Xəzər Xəbər

Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılıb

Cəmiyyət | 20:00 • 30 Oktyabr 2024
Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılıb

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılıb.

Bu barədə Xezerxeber.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində uçqun riski olan qaya parçaları ərazidən götürülərək yaranmış təhlükə aradan qaldırılıb və avtomobil yolunda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti bərpa olunub.

Xəbər lenti