Xəzər Xəbər

Bakı Beynəlxalq Hava Limanında uzaqdan temperaturun ölçülməsi cihazı quraşdırılacaq

Cəmiyyət | 16:12 • 30 Oktyabr 2024
Bakı Beynəlxalq Hava Limanında uzaqdan temperaturun ölçülməsi cihazı quraşdırılacaq

Bakı Beynəlxalq Hava Limanında termometral, yəni uzaqdan temperaturun ölçülməsi cihazı quraşdırılacaq.

Xezerxeber.az xəbər verir ki, bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

 

 

Onun sözlərinə görə, bir çox infeksion xəstəliklərin ilkin əlaməti yüksək temperaturdur.

Nadir Zeynalov bildirib ki, gələn qonaqların uzaqdan temperaturunun ölçülməsi ilə onlar arasında kimdəsə infeksion xəstəlik olarsa, aşkarlanacaq və əgər şübhəli hallar olarsa, həmin şəxsin müayinə və müalicə olunması təşkil olunacaq: “Meymunçiçəyi, COVID-19 və digər respirator infeksiyaların laborator diaqnostikası üçün lazım olan diaqnostik testlər gətirilib. Tədbirdə iştirak edəcək qurumların əməkdaşları üçün peyvəndlər gətirilib”.

Xəbər lenti

Çox oxunanlar