"Məktəblərdə hüquq-mühafizə orqanları ilə birlikdə yuxarı sinif şagirdləri və valideynlərlə mütəmadi görüşlər keçirilir. Məqsəd məktəblilərin cinayət əməllərindən uzaqlaşdırılmasıdır".
Xezerxeber.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
"Xüsusən də, oğlanlar arasında görüşlərin keçirilməsinə əhəmiyyət veririk. Amma məktəblərdə üstündə soyuq silah gəzdirən şagirdləri aşkarlamaq üçün metal detektorları almaq kimi bir plan yoxdur", - deyə o qeyd edib.