Xəzər Xəbər

Qırılan süxur kütləsinin götürülməsi istiqamətində tədbirlər görülür

Cəmiyyət | 11:52 • 29 Oktyabr 2024
Qırılan süxur kütləsinin götürülməsi istiqamətində tədbirlər görülür

Badamdar qəsəbəsi ərazisində, Bakı Kənar Dairəvi avtomobil yolunun sol tərəfindəki yamacın yuxarı hissəsində mövcud karniz şəkilli süxur kütlələrindən 6.5 metr uzunluğunda bir hissə qırılıb.

Xezerxeber.az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev deyib.

O bildirib ki, bu, sürüşmə prosesi olmasa da, ekzogen-geoloji prosesin bir növüdür. Hazırda aidiyyəti qurumlar tərəfindən qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

Xəbər lenti

Çox oxunanlar