Xəzər Xəbər

Bakı Meriyasından “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi ilə bağlı AÇIQLAMA

Cəmiyyət | 12:15 • 28 Oktyabr 2024
Bakı Meriyasından “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi ilə bağlı

Bu gün səhər saatlarından etibarən bəzi KİV-lərdə Bakı şəhərində yağan güclü yağışlar səbəbindən Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsünü yenidən su basması məlumatı yayılıb.

Xezerxeber.az Bakı Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, səhər saatlarından etibarən aidiyyatı qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb.

Körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib.

Paytaxda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır.

Xəbər lenti