Xəzər Xəbər

Sabirabadda ana doğuşdan sonra ölüb

Cəmiyyət | 13:00 • 27 Oktyabr 2024
Sabirabadda ana doğuşdan sonra ölüb

2000-ci il təvəllüdlü qadın dünən saat 07:00 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Sabirabad Regional Perinatal Mərkəzin Doğum şöbəsinə hospital izasiya olunub.

TƏBİB-dən Xezerxeber.az-a bildirilib ki, ona 40-41 həftəlik hamiləlik diaqnozu təyin edilib. 

Baş tutan doğuş nəticəsində çəkisi 4 kq., boyu 52 sm. olan körpə dünyaya gəlib. Daha sonra vəziyyəti ağır olan ananın müayinələri və müalicəsi davam etdirilib. Sonra reanimasiya şöbəsinə yerləşdirilib. Süni tənəffüs aparatı ilə ağciyərlərin ventilyasiyası davam etdirilib.

Daha sonra pasiyent üzərində relo porotamiya əməliyyatı icra olunub. Bakı şəhərindən dəvət olunan həkim-reanimatoloqların, eləcə də ginekoloqların konsiliumu baş tutub və ona uyğun müalicəyə başlanılıb.

Xəstəyə göstərilən terapiya tədbirlərinə baxmayaraq, 27.10.2024-cü il tarixində saat 05:30 radələrində bioloji ölüm qeydə alınıb.

Ölümün dəqiq səbəbini patoloji-anatomik təşrih nəticəsində dəqiqləşdirmək mümkün olacaq.

Eyni zamanda qeyd edək ki, hamiləliyi dövründə ana həkimə müraciət etməyib.

Xəbər lenti