Xəzər Xəbər

Bakıda yeniyetmənin təqib edilməsi barədə məlumat araşdırılır

Cəmiyyət | 12:47
Bakıda yeniyetmənin təqib edilməsi barədə məlumat araşdırılır

Vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib.

Xezerxeber.az bildirir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı məlumat verib.

Qeyd olunub ki, məsələ ilə bağlı ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırmalara başlanılıb.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Çox oxunanlar