Xəzər Xəbər

Bakıda yeniyetmənin təqib edilməsi barədə məlumat araşdırılıb YENİLƏNİB

Cəmiyyət | 16:57
Bakıda yeniyetmənin təqib edilməsi barədə məlumat araşdırılıb

Bakıda naməlum şəxs tərəfindən azyaşlının təqib edilməsilə bağlı yayılan görüntülər araşdırılıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs – 14 yaşlı yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla əməldə hər hansı kriminal tərkib müəyyən olunmayıb.
Məktəbli yeniyetmələr arasında narazılığa səbəb olan halların aradan qaldırılması üzrə polis əməkdaşları tərəfindən tədbirlər görülür.

12:47

Vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib.

Xezerxeber.az bildirir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı məlumat verib.

Qeyd olunub ki, məsələ ilə bağlı ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırmalara başlanılıb.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Çox oxunanlar