Oktyabrın 24-də “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi qarşılaşma ilə əlaqədar Bakı metropoliteninin “Gənclik” stansiyası oyun ərəfəsində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Paytaxtda təşkil olunan mədəni-kütləvi tədbirlərlə əlaqədar “Bakı Metropoliteni” QSC-nin əməliyyat planına əsasən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasına əlavə işçi qüvvəsi ayrılacaq.
Xezerxeber.az xəbər verir ki, matça olan tamaşaçı marağı, eləcə də sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, növbətçilik cədvəli əsasında ayrılacaq metropoliten əməkdaşları səmti daha rahat müəyyən etmək üçün sərnişinləri yönləndirəcək və texniki işləri icra edəcəklər.