Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Salyan şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Xezerxeber.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.