“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov 75 yaşında vəfat edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.
T.Əhmədov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mərhum sabah dəfn olunacaq.
Xatırladaq ki, T.Əhmədov 1 fevral 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olub, 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
T.Əhmədov 1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi, 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb, 2014-2022-ci illərdə hakim Yeni Azərbaycan Partiyasının Yasamal rayonn təşkilatının sədr müavini, daha sonra sədri olub.
O, "Fəxri Dəmiryolçu", "Bakı meropoliteni veteranı" döş nişanları, "Şöhrət ordeni" və "Əməkdar mühəndis" fəxri adı və nişanı, ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub.