Xəzər Xəbər

Azərbaycanda təcili yardım xidməti ödənişli olur? Açıqlama

Cəmiyyət | 13:22 • 17 Oktyabr 2024
Azərbaycanda təcili yardım xidməti ödənişli olur?

“Azərbaycanda təcili yardım xidməti ödənişli əsaslarla göstərilmir”.

Xezerxeber.az xəbər verir ki, bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə də əhaliyə dövlət tərəfindən göstərilən təcili tibbi yardımın ödənişli olması düşünülmür:

“Bu gün üçün əsas hədəfimiz tibbi yardımın əhaliyə əlçatanlığını təmin etməkdir. Hazırda ödənişli təcili tibbi yardım xidməti məsələsi gündəmdə yoxdur”.q

Xəbər lenti

Çox oxunanlar