Hazırda ölkə üzrə 200 təcili tibbi yardım avtomobili müasir tələblərə cavab vermir.
Xezerxeber.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli brifinqdə deyib.
Müşavir qeyd edib ki, müasir standartlara cavab verməyən ambulanslar əsasən Rusiya və sovet istehsalıdır: "Zamanla həmin nəqliyyat vasitələri istifadədən çıxarılaraq yeniləri ilə əvəz olunacaq".