Xəzər Xəbər

Minatəmizləmə zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklif olunur

Cəmiyyət | 12:51 • 16 Oktyabr 2024
Minatəmizləmə zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklif olunur

Azərbaycanda minatəmizləmə zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklif olunur.

Xezerxeber.az xəbər verir ki, bu təkliflə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov parlamentdə çıxış edib.

O qeyd edib ki, Vətən müharibəsindən sonra ilk dəfə ANAMA əməkdaşı Xankəndidə tapılan tələ minasının paliqonda partlaması nəticəsində həyatını itirib: "ANAMA olaraq minatəmizləmə prosesi zamanı həyatını itirən əməkdaşlarımıza şəhid statusunun verilməsini təklif edirik”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə ANAMA rəsmisinin təklifi ilə bağlı bildirib ki, bu məsələ layihənin plenar iclasda müzakirəsi zamanı qaldırıla bilər.

Xəbər lenti

Çox oxunanlar