Azərbaycanda minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar.
Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin oktyabrın 16-da keçirilən iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, minatəmizləyənlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçiriləcək.