Xəzər Xəbər

Oktyabr ayının pensiyaları ödənilib

Cəmiyyət | 18:11
Oktyabr ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib.

Dövlət Sosial Müdafiə Fondundan Xezerxeber.az-a verilən məlumata görə, yaxın günlərdə respublikanın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Xəbər lenti

Çox oxunanlar