Xəzər Xəbər

Bakı metrosunda 22 qatarın istismar müddəti artırılacaq

Cəmiyyət | 12:30 • 2 Oktyabr 2024
Bakı metrosunda 22 qatarın istismar müddəti artırılacaq

"Bakı Metropoliteni" QSC 22 qatarın istismar müddətini artıracaq.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O qeyd edib ki, bu il Bakı metrosunda 1 qatar istismar müddətini başa vurduğu üçün xətdən çıxarılıb: "Ona görə də hazırda xətdə olan qatarların sayı 60-dır. Yeni qatarlar xəttə buraxıldıqdan sonra qatarların sayı 67-yə çatacaq".

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024