Xəzər Xəbər

“Bakı Metropoliteni”: İntervalın azaldılması qatarların sayından asılı deyil

Cəmiyyət | 11:30 • 2 Oktyabr 2024
“Bakı Metropoliteni”: İntervalın azaldılması qatarların sayından asılı deyil

“Bakı Metropoliteni” QSC-də intervalın azaldılması qatarların sayının artırılmasından asılı deyil.

Xezerxeber.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov bildirib.

Departament rəisi qeyd edib ki, köhnə nəsil qatarlarının ən sonuncusunun istismardan çıxarılma müddəti 2042-ci ilədir.

“O müddətdə qədər bu qatarlardan istifadə olunacaq. Köhnə qatarlar tədricən istismardan çıxarılır. Bu il bir qatar istismardan çıxarılacaq. Ümumi götürdükdə metro qatarlarının 50 faizi yenilənib”, - deyə F.Əhmədov bildirib.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024