Oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər Bakının Xətai, Səbail və Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
Xezerxeber.az bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, buna səbəb su xətlərində aparılacaq təmir işləridir.
Xidmətdən əlavə edilib ki, 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək.