“İddialı layihələrdən biri də ictimai nəqliyyatın elektrikləşdirilməsidir. Növbəti ay 160 belə avtobus gətiriləcək və təbii ki, sonrakı aylarda bu rəqəm artacaq"
Xezerxeber.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat “ mövzusunda keçirilən paneldə deyib.
Nazir müavini bildirib ki, həm dövlət, həm də özəl şirkətlər bu istiqamətdə işlər görür. Onun sözlərinə görə, elektrik doldurma məntəqələrinin sayı da artacaq.