Oktyabrın 2-3-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Xezerxeber.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Sarı xəbərdarlığa uyğun olaraq Ordubad, Culfa, Lerik, Yardımlı, Goranboy, Gəncə, Göygöl, Yevlax, Mingəçevir, Daşkəsən, Şəki, Şahdağ, Xınalıq, Quba, Qusar, Xızı, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.