Xəzər Xəbər

Sahil Babayev minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflərin hazırlandığını DEYİB

Cəmiyyət | 15:06 • 1 Oktyabr 2024
Sahil Babayev minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı təkliflərin hazırlandığını

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcək.

Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

Sosial islahatların davamı olaraq əmək, pensiya, əlillik və digər sahələr üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib.

Qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsinin hazırlandığı diqqətə çatdırılıb.

Hazırda 52 növ müavinət və təqaüdün proaktiv qaydada təyin olunduğu, sosial ödənişlərin proaktiv təyinatı mexanizminin əhatəliliyinin artırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Nazirlik tərəfindən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesinin rəqəmsal həllərin tətbiqi ilə həyata keçirildiyi vurğulanıb.

Ötən dövrdə Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin maliyyə alətlərinə uğurla investisiya edildiyi, əldə olunan gəlirlərin sosial müdafiə sisteminin gücləndirilməsinə xidmət etdiyi qeyd edilib.

İclasda Kollegiya tərəfindən elektrik, ticarət, mədənçıxarma sahələri üzrə daha 26 peşə və kvalifikasiya standartı təsdiqlənib.

Əmək, məşğulluq, sosial sığorta, pensiya, əlillik, sosial təminat, maliyyə və satınalmalar sahələrində görülmüş işlər və gələcək hədəflər müzakirə olunub.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024