Xəzər Xəbər

Bəzi bölgələrə leysan yağır FAKTİKİ HAVA

Cəmiyyət | 17:41 • 26 Sentyabr 2024
Bəzi bölgələrə leysan yağır

Sentyabrın 26-sı saat 17:00-a olan məlumata əsasən hazırda bir sıra rayonlara yağış yağır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Göygöl, Gəncə, Şəmkir, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy, Şabran, Qəbələ, Zaqatala, İsmayıllı, Şəki, Şahdağ, Balakən, Oğuz, Xınalıq, Xaçmaz, Quba, Qusar, Qrız, Qax, Biləsuvar, Yardımlı, Lerikdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Şərq küləyi Naftalanda 18 m/s, Culfada 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 28, Aran rayonlarında 26, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.

Xəbər lenti

Çox oxunanlar