Azərbaycanda ailə siyasətinin gücləndirilməsi istiqamətində islahatlar qanunvericilik bazasının təkmilləşdirilməsini də vacib edir.
Xezerxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədri Bahar Muradova Gənc Ailə Forumunda deyib.
O qeyd edib ki, indiyə qədər mövcud qanunlara bir çox dəyişikliklər edilib, yeni qanunlar qəbul olunub:
"Məişət zorakılığının qarşısının alınması ilə bağlı yeni dövlət konsepsiyası hazırlanır. Hazırda 30-dan çox qanunvericilik aktı icradadır".