Xəzər Xəbər

Nazir müavini son onilliklərdə istilik dalğalarının ən çox Bakı və Şəkidə müşahidə olunduğunu DEYİB

Cəmiyyət | 14:00 • 25 Sentyabr 2024
Nazir müavini son onilliklərdə istilik dalğalarının ən çox Bakı və Şəkidə müşahidə olunduğunu

Dünyada qlobal iqlim dəyişiklikləri və antropogen amillərin təsiri ilə əkinə yararlı torpaqlar deqradasiyaya uğrayır, şirin su ehtiyatları azalır.

Xezerxeber.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Avropa və Mərkəzi Asiya ölkələrinin aqroərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi” mövzusunda keçirilən Regional İqlim Konfransında çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, baş verən iqlim dəyişikliklərinin kənd təsərrüfatı sektoruna mənfi təsiri ilə yanaşı, kənd təsərrüfatı fəaliyyətləri də öz növbəsində iqlim dəyişikliklərinə səbəb olan faktorlar içərisində yer almaqdadır.

“Qlobal miqyasda atmosferə buraxılan istixana qazlarının 20 faizə qədəri kənd təsərrüfatı fəaliyyətləri nəticəsində yaranır. Azərbaycanda son 23 ildə ölkə üzrə temperatur anomaliyası 1,1°C olub. 2023-cü ildə orta temperatur 14,6°C-yə çatıb. Bu da 1971-2000-ci ilin norması ilə (12,7°C) ilə müqayisədə 1,9°C dərəcə çoxdur. Son onilliklərdə ən yüksək orta temperatur 2013-cu ildə 14,8°C təşkil edib”, - deyə nazir müavini əlavə edib.

Nazir müavini qeyd edib ki, 1961-1990-cı illərlə bütün stansiyalarda istilik dalğalarının həm təkrarlanmasında, həm də davamiyyətində artım müşahidə olunub: “Son onilliklərdə bu proseslər dəfələrlə artaraq Bakıda 29, Gəncədə 16, Şəkidə 41 və Lənkəranda 5 dəfə təkrarlanıb. Ən çox artım Bakı və Şəkidə müşahidə olunub”.

Xəbər lenti

Çox oxunanlar