Xəzər Xəbər

Biləsuvarda ağır yol qəzasında ölənlərdən üçü qadındır

Cəmiyyət | 16:32 • 24 Sentyabr 2024
Biləsuvarda ağır yol qəzasında ölənlərdən üçü qadındır

Bu gün saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, yaralıya qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib: "Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq yaralının həyatını xilas etmək mümkün olmayıb. Saat 15:20-də ölüm faktı qeydə alınıb".

Qeyd edək ki, hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.

Xəbər lenti

Çox oxunanlar