Xəzər Xəbər

ADY tarif siyasətinə dəyişiklik edir

Cəmiyyət | 17:30 • 23 Sentyabr 2024
ADY tarif siyasətinə dəyişiklik edir
 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Abşeron Dairəvi Dəmir Yolu üzrə tarifləri artırır.

Xezerxeber.az xəbər verir ki, bu barədə ADY-nin Sərnişin Daşıma Departamentinin rəhbəri Azər Fərəcov xidmət sahəsində tətbiq olunacaq yeniliklər və tarif siyasəti ilə bağlı Bakı Dəmiryol Vağzalında media nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.

Onun sözlərinə görə, bu ilin 25 sentyabr tarixindən Abşeron Dairəvi Dəmir Yolu üzrə ən minimal tarif 0,4 manat, digər istiqamətlər üzrə isə 0,1-0,2 manat artacaq.

Xəbər lenti