Xəzər Xəbər

Xankəndidə növbəti məktəbin açılması gözlənilir

Cəmiyyət | 11:47 • 23 Sentyabr 2024
Xankəndidə növbəti məktəbin açılması gözlənilir

İlin sonuna qədər Xankəndidə növbəti məktəbin açılması gözlənilir.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, bu gün Xankəndidə 500-dən çox şagird məktəbə gedir: “Amma növbəti həftələrdə bu say daha da artacaq, çünki biz növbəyə yazılan şagirdləri görürük. Ehtimal edirik ki, ilin sonunadək ikinci məktəbin açılması istisna deyil”.

Emin Əmrullayev Qarabağ Universitetində Tibb fakültəsi və ali səviyyədə tibb bacısı ixtisasının açılmasının planlaşdırıldığını diqqətə çatdırıb. Nazir bildirib ki, elmi-tədqiqat yönümlü xəstəxana ilə universitetin Tibb fakültəsinin birgə əməkdaşlıq etməsi gözlənilir. Bundan əlavə, Xocalı şəhərində Kənd təsərrüfatı elmləri fakültəsinin təxminən 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.

Xəbər lenti