Xəzər Xəbər

Bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib

Cəmiyyət | 14:55
Bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib

“Ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar olaraq bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər versə də, bu, hansısa konkret bir ölkədəki fəsillik hava durumu haqqında dəqiq fikir bildirməyə əsas vermir”.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib. Onun sözlərinə görə, uzunmüddətli hava məlumatları vermək fərziyyə xarakterlidir və qışın necə keçəcəyi haqqında belə proqnozlar adətən Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Regional iqlim mərkəzlərinin (Avropa Ortamüddətli Proqnozlar Mərkəzi - ECMWF) fəsillik proqnozlarına əsasən hazırlanır. Qısamüddətli və ortamüddətli proqnozlardan fərqli olaraq, daha uzun dövrü əhatə edən fəsillik hava proqnozunun dəqiqliyi nisbətən az olur.

N.Mahmudov əlavə edib ki, xidmət payız fəslinin sonunda qışın 1-ci ayı olan dekabr üçün ictimaiyyətə rəsmi proqnoz təqdim edəcək.

Xəbər lenti

Çox oxunanlar