Xəzər Xəbər

Terminallardan ödənilən kreditlərə komissiya tətbiq edilir? AÇIQLAMA

Cəmiyyət | 18:44 • 19 Sentyabr 2024
Terminallardan ödənilən kreditlərə komissiya tətbiq edilir?

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu aydan MilliÖn və E-manat terminalları ilə kredit ödənişlərinə 1% komissiya tətbiq edilir.

Məsələ ilə bağlı cavab olaraq E-manat şirkətindən bildiriblər ki, şirkət müştəriyə 1% komissiya tətbiq etmir.

"Bu komissiyalar banklar tərəfindən tətbiq edilir. Komissiya standart olaraq 1% deyil, fərqli ola bilər. Bu məlumatlar terminalın interfeysində (terminalın birinci səhifəsində) yer alıb. Orada da bank komissiyasının məbləği göstərilir. E-manat müştərinin kredit ödənişinə birbaşa olaraq hər hansı komissiya tətbiq etmir", - şirkətdən bildiriblər.

MilliÖn-dən isə agentliyə bildirilib ki, şirkət müştəriyə komissiya tətbiq etmir.

"Komissiya banklar tərəfindən tətbiq edilir", - deyə şirkətdən məlumat verilib. (trend)

Xəbər lenti

Çox oxunanlar