Xəzər Xəbər

Bakının bəzi ərazilərində qaz olmayacaq

Cəmiyyət | 09:11 • 19 Sentyabr 2024
Bakının bəzi ərazilərində qaz olmayacaq

Bakının Binəqədi və Yasamal rayonları ərazisində aparılacaq təmir-bərpa işləri ilə bağlı bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, 9-cu mikrorayonda A.Babaşov, M.Məmmədxanov, Z.Fərəcov, 22-ci dağlıq, O.Musabəyov, C.Xəndan, S.Məmmədov, Ü.Hacıbəyov, İ.Cümşüdov, İ.Həşimov küçələrində və MİDA yaşayış kompleksinin Naftalan klinikası, Daxili İşlər Nazirliyinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti