Xəzər Xəbər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Cəmiyyət | 09:33 • 18 Sentyabr 2024
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Xezerxeber.az bu barədə ADY məlumat yayıb.

Məlumata görə, əlavə təyin edilən qatarlar sentyabrın 21-də saat 09:15-də Bakıdan Ağstafaya, sentyabrın 22-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Xəbər lenti