Bakıda əsaslı təmirə bağlanmış məktəblərin şagird və müəllim kontingenti digər təhsil müəssisələrində yerləşdirilib.
Xezerxeber.az bildirir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, Sabunçu rayonu 68 nömrəli tam orta məktəb yenidən tikildiyi üçün ibtidai siniflərdə təhsil alan şagirdlər 215 nömrəli tam orta məktəbdə II növbədə, digər siniflərdə təhsil alan şagirdlər isə 90 nömrəli tam orta məktəbdə II növbədə təhsil alacaqlar.
Xəzər rayonu 324 nömrəli tam orta məktəb əsaslı təmir olunduğuna görə məktəbin bütün siniflər üzrə şagirdləri Xəzər rayonu 241 nömrəli tam orta məktəbdə II növbədə oxuyacaqlar.
Suraxanı rayonu 141 nömrəli tam orta məktəb əsaslı təmir olunduğu üçün ibtidai siniflərdə təhsil alan şagirdlər 104 nömrəli tam orta məktəbdə II növbədə, digər siniflərdə təhsil alan şagirdlər isə 146 nömrəli tam orta məktəbdə II növbədə təhsillərini davam etdirəcəklər.
Xətai rayonu 59 nömrəli tam orta məktəb əsaslı təmir olunduğu üçün ibtidai siniflərdə təhsil alan şagirdlər 194 nömrəli tam orta məktəbdə II növbədə, digər siniflərdə təhsil alan şagirdlər isə 116 nömrəli tam orta məktəbdə II növbədə təhsilə cəlb olunacaqlar.
Nəsimi rayonu 151 nömrəli tam orta məktəb əsaslı təmir olunduğu üçün məktəbin bütün siniflər üzrə şagirdləri 35 nömrəli tam orta məktəbin ibtidai korpusunda I və II növbədə təhsil alacaqlar.
Nərimanov rayonu 57 nömrəli tam orta məktəb əsaslı təmir olunduğu üçün ibtidai siniflərdə təhsil alan şagirdlər 178 nömrəli tam orta məktəbdə II növbədə, digər siniflərdə təhsil alan şagirdlər isə 291 nömrəli Ekologiya liseyində II növbədə təhsillərini davam etdirəcəklər.