Xəzər Xəbər

Bu il əhalinin gəlirləri 6 faizdən çox artıb

Cəmiyyət | 17:08 • 13 Sentyabr 2024
Bu il əhalinin gəlirləri 6 faizdən çox artıb

Cari ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz artaraq 53 milyard 947,2 milyon manat və ya hər nəfərə orta hesabla 5291,6 manat olub.

Dövlət Statistika Komitəsindən Xezerxeber.az-a bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri 47 milyard 488,1 milyon manat təşkil edib.

Xəbər lenti

Çox oxunanlar