Bakı metropoliteninə üç il ərzində 13 yeni qatar və ya 65 vaqon gətirilməlidir.
Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov qeyd edib ki, bu il ərzində Bakı metropoliteninə bu qatarların əksəriyyətinin, yəni 7 qatarın gətiriləcəyi barədə daha öncə məlumat verilmişdi: “İki qatar artıq Bakıya çatdırılıb. Qatarlar bir qayda olaraq iki-iki gətirilir. İki qatarda tənzimləmə-sınaq işlərinə müvafiq sənədləşmə prosedurları başa çatdıqdan sonra başlanılacaq. İctimaiyyətə bununla bağlı əlavə məlumatlar təqdim olunacaq”.